Belçika çempionatında XI tur davam edir. Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən olan "Anderlext" də növbəti matçına çıxıb.

"Bənövşəyilər" səfərdə "Brügge" ilə üz-üzə gəlib. Brüssel təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2. Məğlubiyyət onlara liderliyi əldən vermək bahasına başa gəlib.

Qeyd edək ki, "Anderlext" 11 turdan sonra 21 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Mənbə:  Apasport.az