PrimeTime.Az Qafqazinfo.az istinadən xəbər verir ki, təmsilçilərimiz "Qarabağ" və "Qəbələ"də növbəti oyunlarına çıxacaqlar. 1/16 final mərhələsinə çıxmaq şansı olan "Qarabağ" səfərdə Çexiya "Slovan"ı ilə üz-üzə gələcək. Ağdam klubu bu matçda qələbə qazanacağı halda heç bir nəticədən asılı olmayaraq növbəti mərhələyə adlayacaq. Heç-heçə bə ya məğlubiyyətdən sonra "Fiorentina" - PAOK matçının nəticəsini gözləməli olacağıq.

Şansları bitən "Qəbələ" isə ilk qələbəsini qazanmaq arzusundadır. "Qırmızı-qaralar" evdə Belçika "Anderlext"ini qonaq edəcək.

Avropa Liqası, Qrup mərhələsi
V tur, 24 noyabr
J qrupu

22:00. "Slovan" (Liberets, Çexiya) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Stefan Yohanesson, Fredrik Nilsson, Mehmet Culum, Maqnus Syöblom
Əlavə köməkçi hakimlər: Andres Ekberq, Kristofer Karlsson (hamısı İsveç)
Hakim-inspektor: Stefano Podesçi (San-Marino)
UEFA nümayəndəsi: Roy Ketkart (Şimali İrlandiya)
Liberets. "U Nişi" stadionu

20:00. "Qəbələ" (Azərbaycan) - "Anderlext" (Belçika)

Hakimlər: Yevgeni Aranovski, Sergey Bekker, Aleksandr Voytyuk, Semyon Şlonçak
Əlavə köməkçi hakimlər: Anatoli Abdula, Anatoli Jabçenko (hamısı Ukrayna)
Hakim-inspektor: İqor Satkiy (Moldova)
UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)
Bakı. 8-ci km qəsəbə stadionu