Özünəməxsus səs tembri ilə ürəklərə yol tapan əməkdar artist Röya Ayxan futbolçu Ruslan Abışovun toy məclisinə qatılan məşhurlardan oldu.

PrimeTime.Az xəbər verir ki, gecənin əsas musiqili qonağı olan Röya şən əhval-ruhiyyəsi ilə diqqətlərləri öz üzərinə yönəltməyi bacardı. Seçkin ulduz elə gülə-gülə fotokameramız qarşısına keçərək, şəkillərinin çəkilməsinə etiraz etmədi.

Qara tulumuna yaraşdırdığı aksessuarları, Röyanı hər zamankı kimi cazibədar göstərirdi. Yaxşısı budur gözoxşayan həmin fotoları özünüz izləyin.

Gülnar Qafarlı
Foto: Rahib Hacıyev