PrimeTime.Az xəbər verir ki, ötən gün Xəzər TV-nin ən baxımlı verilişlərindən olan "Nəsib Olsa"nın növbəti maraqlı efiri baş tutub.


Nəsib Nur, hər zamankı kimi fərqli şou, maraqlı görüntü və rubrikalarla evlərimizin qonağı olub. Canlı yayımın bu həftəki qonaqları hər zaman birgə görünən müğənnilər Niyam Salami, Səidə Sultan və əməkdar məşqçi 22 qat Dünya Çempionu Eduard Məmmədov olub.

Niyam Salami eksklüziv olaraq "Nəsib olsa" -da "Gecələr"adlı mahnısını ifa edib. Mahnının sözləri Günay İsgəndərliyə musiqisi Nailə Mirməmədliyə aiddir.

Müğənni başına gələn maraqlı hadisədən danışıb: "Toy məclislərinin birində aktyor Çingiz Əhmədov məni dəvət edən zaman dedi ki, indi səhnəyə Zəki Müreli öldürüb yerinə keçən Niyam Salami gəlir. Hər kəs mənim səsimi ona bənzədir".

Verilişin aparıcısı Nəsib Nur müğənninin bu əhvalatına belə cavab verib: " Niyam sən içindəki aşpazlığı öldürüb, müğənniliyi diriltdin".

Xatırladaq ki, Niyam dəfələrlə açıqlamasında bir zamanlar aşpaz kimi fəaliyyət göstərdiyini vurğulayıb.

Şəkillərin müəllifi kanalın rəsmi fotoqrafı İska İsmayılovdur.

Hər həftənin cümə axşamı saat 22:00-da Xəzər Tv-nin efirində yayımlanan "Nəsib olsa"nın informasiya tərəfdaşı PrimeTime.Az saytıdır.

Yeganə Əliqızı