Xəbər verdiyimiz kimi, raqqəsə Fatimə Fətəliyeva ötən həftə yeni salonu üçün təmtəraqlı açılış mərasimi təşkil etmişdi.

Fatimə, açılış mərasimində xüsusi olaraq onun üçün hazırlanan qara uzun, güpur libasda PrimeTime.Az-ın kamerası önünə keçərək, pozalar verib.

Libası ilə göz oxşayan rəqqasə, geyimləri barəsində danışıb: "Hər yerin özünəməxsus geyimi var. Çalışıram ki, getdiyim məkana uyğun geyinim. Hətta verilişlərə gedərkən də mövzuya uyğun geyinməyə üstünlük verirəm. Sözün düzü çox vaxt oynayacağım rəqsin libasında məclislərə qatılıram. Zövqsüz olduğumu düşünməzdim ".

Fotolar: Rahib Hacıyev