PrimeTime.Az olaraq hər həftənin cümə axşamı "Vaxt olarsa..." rubrikası ilə oxucularıımızın görüşünə gəlirik. Əməkdaşımız Yeganə Əliqızının təqdimatına yayımlanan bu layihədə tanınmışların asudə vaxtlarını necə keçirdiyini sizə göstərməyə çalışırıq. Yeganənin bu həftəki qonağı da hər zaman səmimiyyəti ilə seçilən ulduz Günay İbrahimlidir. Yaşadığı macəranı Yeganə olduğu kimi oxuculara nəql edir: 

Asudə vaxtını hər dəfə fərqli keçirməyə can atan Günay, mənimlə boulinq oynamaq istədi. Ona görə də görüş yeri kimi Bakının istirahət məkanlarını birini seçdik. Fotoqrafımız Rahib Hacıyev də vaxtından əvvəl məkana gəldiyindən, bir neçə dəqiqənin içində həvəslə oyuna başladıq. İlk dəqiqələrdə İbrahimli mənə qalib gəlirdi. Lakin icazə xəttini keçib bir neçə dəfə strayk (xəttin sonundakı bütün pinlərin freyminin ilk atışında aşması) səhvi, yığdığı xallar hesablanmaması ilə nəticələndi. Qızğın gedən yarışda Günaya bir neçə dəfə şərait yaratdım ki, qalib gəlsin. Amma nə qədər yaxşı oynasa da yüksək xal toplaya bilmədi.

Oyunun sonuna qədər qalib gəlməyə səy göstərən Günay, asudə vaxtını uduzaraq yaşadı. Qalibiyyət qətiyyən məni sevindirmədi.Önəmli olan Günayla günün bir neçə saatını səmərəli keçirmək idi. Bu bizdə alındı, çalışın siz də asudə vaxtınızı səmərəli keçirin.

"Vaxt olarsa..." rubrikasında hansı məşhurları qonaq görmək istəyirsizsə, (+99451) 526-74-47 nömrəsinə zəng edə və ya WhatsApp yaza bilərsiniz.

Yeganə Əliqızı @yeganealikizi
Fotolar: @rahib_haciyev