PrimeTime.Az xəbər verir ki, ötən gün tanınmış rejissor Ülviyyə Könülün "Həddən artıq uyğunluq" filmi təqdim olub.

Mədəniyyət və Türizim Nazirliyinin sifarişi ilə Azərbaycan Kinostudiyasının nəznində çəkilən romantik komediya janrlı filmin ssenari müəllifləri Aleksandr MardanRamiz Fətəliyevdir. Quruluşçu rejissor Ülviyyə Könül, quruluşçu operator isə Nadir Mehdiyevdir.
Baş rollarda Şöhrət ordenli, xalq artisti Afaq Bəşirqızı, filmin aktyor heyyətində həmçinin Tural Əsədov, Aydan Axundzadə, Kamran Ağabalıyev, Mirsalam Mirsalamov, Yevgeni Orucova, Rüfət NəzərHəcər Ağayeva təmsil olunur.

Ekran işinin təqdim etmə mərasimindən öncə Tural Əsədov ötən gün Xəzər dənizində baş verən üzücü hadisə ilə bağlı baş sağlığı verib.

Daha sonra səhnəyə Azərbaycan Film Kinostudiyasının direktoru Müşviq Hətəmov dəvət olunub. M.Hətəmov "Həddən artıq uyğunluq" filminin keyfiyyətli iş olduğunu bildirib.

Filmi izləyənlər sırasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, əməkdar artist Röya Ayxan, Dilarə Oqtay Əliyevlər, eləcə də aparıcı Xədicə Sənanqızı, rəqqasə Oksana Rəsulova, müğənni Miri Yusif, Xəyyam Nissanov, Azad Şabanov, eləcə də akyorlar İlham Qasımov Elnur Kərimov var idi.

Yeganə Əliqızı
Foto: Rahib Hacıyev