"Mançester Yunayted"in kapitanı Ueyn Runi gözlənilməz addım atıb.

PrimeTime.Az fanat.az-a istinadən xəbər verir ki, ulduz futbolçu "qırmızı-şeytanlar"ın aşağı yaş qruplarında oynayan oğlu Kai Runini klubunun əzəli rəqibi "Mançester Siti"yə göndərib.

Onun bu addımı İngiltərədə gündəmin əsas müzakirə mövzusuna çevrilib. Runinin niyə belə addım atmasının səbəbi bilinmir. "Mançester Yunayted"in azarkeşləri isə onu tənqid hədəfinə çevirib.