FIFA 5 ölkənin futbol federasiyasını cəzalandırıb.

PrimeTime.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunlar arasında DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Şimali İrlandiya da var.

Belə ki, İngiltərə millisi 35200, Şotlandiya və Uels 15600, Şimali İrlandiya 11700, İrlandiya isə 3900 funt-sterlinq dəyərində cərimələnib. Buna isə sözügedən millilərin oyun zamanı üzərində xaş-xaş olan emblemli formalardan istifadə etməsi səbəb olub.

Xaş-xaş Böyük Britaniyada münaqişələr zamanı həlak olanların xatirəsini yad etmək üçün simvol hesab edilir.

FİFA isə siyasi əhəmiyyət daşıdığı üçün bunu qadağan edib.

Qeyd edək ki, Şimali irlandiya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də millimizi 4:0 hesabı ilə məğlub etmişdi.