Tbilisidə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə növbəti yoldaşlıq oyununu keçirib.

Qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb. Qolu Rəvan Məmmədov vurub.

Komandalar arasında təşkil olunan ilk oyunda yığmamız 2:3 hesabı ilə məğlub olmuşdu.

Mənbə: AZƏRTAC