Xəbər verdiyimiz kimi məşhur gürcü modelyer-dizayneri, Bakıda fəaliyyət göstərən "Salle De Mode" geyim butikinin sahibi Salome Amanataşvili Azərbaycandadır.

PrimeTime.Az bildirir ki, onun paytaxtımıza gəlişinin səbəbi məşhur estrada müğənnisi Günay İbrahimlinin yeni fotosessiyasıdır.

Günay "Salle De Mode" brendinin kolleksiyasına müraciət edərək, tanınmış fotoqraf Ruslan Nəbiyevin obyektivi önünə keçib.

Qış ab-havalı fotoların çəkilməsi üçün Günay, stilist olaraq yenə də adını brendə çevirən Anar Ağakişiyevi seçib.

Çəkilişləri Xızıda baş tutan fotosessiya yaxın zamanlarda oxuculara təqdim ediləcək.

Foto: Rahib Hacıyev