Xəbər verdiyimiz kimi Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Əli və Nino" tamaşasının premyerası olub.

Tamaşada Azərbaycanın tanınmış sənət xadimləri, teatr və kino aktyorları, sənətkarlar və keçmiş millət vəkilləri iştirak edib. 

Görkəmli teatr və kino aktrisası, xalq artisti Şəfiqə Məmmədova, Fəxrəddin Manafov və əməkdar artist Mehriban Zəkinin səmimi münasibətləri, mehriban söhbətləri gözümüzdən yayınmır.

Tamaşanı izləyənlər arasında keçmiş millət vəkili Nazim İmanov da, var.

Görkəmli sənətkar, xalq artisti Fuad Poladov həyat yoldaşı ilə premyeranı seyr edib.

Rus Dram Teatrının görkəmli aktyorları Hacı Murad Yagizarov və Lyudmila Duxovnayanın da, səmimi görüntülərini PrimeTime.Az oxucularına təqdim edirik.

Ülviyyə Həsənqızı

Fotolar: Rahib Hacıyev