"Neftçi" Azərbaycan kubokunda yubiley məğlubiyyətini alıb.

PrimeTime.Az goal.az-a istinadən xəbər verir ki, 1/4 final mərhələsinin "Zirə" ilə cavab qarşılaşmasındakı 1:2 hesablı yenilgi Bakı klubunun tarixində bu yarışdakı 30-cu uğursuzluq olub. 1992-ci ildə debüt etdiyi turnirdə 148 matç keçirən paytaxt təmsilçisi hamıdan çox - 86 qələbə qazanıb, ən çox da - 32 dəfə heç-heçə edib. Bakılılar bu qarşılaşmalarda 244 qol vurub, qapısından 94 top buraxıb.