Dünya şöhrətli futbolçu  Lionel Messi Barselonada yeni restoran açıb. 

PrimeTime.Az xarici mətbuata istinadən xəbər verir ki,  "Bellavista del garden del norte" adlanan restoranın layihəsinin müəllifi EQUIPO Creativo ispan studiyasıdır.

Restoranı Lionel öz böyük qardaşı Rodriqo ilə idarə edəcək. Burada müxtəlif kulinariya ənənələrindən olan yeməklər hazırlanacaq.

Restoranda yeməkdən əlavə, stolüstü futbol oynamaq, yarışlara böyük ekranlarda baxmaq mümkün olacaq.