31 Dekabr - ölkəmizdə Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilir. Biz də PrimeTime.Az olaraq bu günə biganə yanaşmadıq. 

"Ulduzlu bürclər" adını yaraşdırdığımız fotolayihədə yerli şou-biznesin tanınmış simalarını bir araya cəm elədik. Top-stilist və rəssam Nərmin İbrahimovanın peşəkarlığı sayəsində seçdiyimiz hər bir məşhur öz bürcünə uyğun vizaj edilib. İşinə qarşı xüsusi tələbkarlıqla seçilən stilistlə bu obrazları lentə alan İsmayıl Rzayevin komandasının fikirləri üst-üstə düşüb.

Layihəmizin ən maraqlı məqamlarından biri də qarşıdan gələn Xoruz ilində bürclərin vəd etdiyini oxucularımız üçün açıqlamaqdır.
Model kimi fotokamera qarşısına keçən 12 məşhur xanımın yaratdıqları obrazı və ulduzların hər bir bürc üçün verdiyi pozitiv proqnozu oxucularımız üçün yayımlayırıq.

Qoç (21 mart-19 aprel) Jurnalist Türkan Məmmədli

İstirahət haqqı qazandınız. Bundan öncəki "Həyat mübarizədir" devizi altında keçən iki çətin ildən sonra hər şey geridə qaldı. Zəhmətinizin bəhrəsini görmək zamanı gəldi.

Buğa (20 aprel-20 may) Aparıcı Çinarə Cəlilova 

Həyatdan zövq almaq zamanı gəldi. Çəkdiyiniz əziyyətlərin kompensasiyasını alacaqsınız. 3 il ardıcıl həyatdan həzz almaq şansınız var.

Əkizlər (21 may-20 iyun) Aparıcı Lalə Mustafayeva

Bu il Əkizlər üçün hər mənada pozitiv hadisələrlə zəngin olacaq. Növbəti 4 il sizə uğur gətirəcək.

Xərçəng (21 iyun-22 iyul) Aparıcı Fira Cəlilova

Qara zolağa əlvida. Bəzi xərçənglər çiyinlərindəki ağır yükdən azad olmaq istəyəcəklər. Növbəti 3 il uğur vəd edir.

Şir (23 iyul-22 avqust) Aparıcı Günel Hümbətova

Hər şey ovcunun içinə düşəcək. Tale şirlərə sonu gözəl bitən təsadüflər bəxş edəcək. 2017 uğur ili olacaq.

Qız (23 avqust-22 sentyabr Müğənni Nigar Camal

Ulduzlar qız bürcü altında dünyaya gələnlərı çoxlu pul vəd edir. 2017-ci ildə sağlamlıqları ilə bağlı heç bir şikayətləri olmayacaq. Uğur qazanmaq sizin öz əlinizdədir.

Tərəzi (23 sentyabr-23 oktyabr) Aktrisa Pərvin Abıyeva

İstənilən tapşırığın öhdəsindən məharətlə gələcəksiniz. Tərəzilərin qarşısına bu il çox şanslar çıxacaq. Odur ki, bonuslarınızdan artıqlaması ilə istifadə edin.

Əqrəb (23 oktyabr-21 noyabr) Müğənni Jeyla

Bu bürc altında dünyaya gələnlərin həyata baxışı sözün həqiqi mənasında müsbət istiqamətlə dəyişəcək. 2017-ci ildə əldə etdiyiniz nailiyyətlər 2020-ci ilə qədər davam edəcək.

Oxatan(22 noyabr-21 dekabr) Müğənni Şəbnəm Əsədova

Çoxlu perspektivlər ilidir. Pozitiv Xoruz sizə də şən anlar bəxş edəcək. Həmin hadisələr Oxatanların yaxın gələcəyinə müsbət təsir edəcək.

Oğlaq (22 dekabr-19 yanvar) Aparıcı Samirə Rəhimova

Bu bürc altında dünyaya gələnlər daim öz çalışqanlığı ilə seçilir. Biri-birindən xoş sürprizlərə hazır olun. Ulduzlar deyir ki, uğur oğlaqlardan da yan keçməyəcək. Şəxsi həyatınızda baş verəcək önəmli hadisələrdən bir neçəsi məhz bu ilə təsadüf edəcək.

Dolça (20 yanvar-18 fevral) Müğənni Günay İbrahimli

Xoruz ili ruhən Dolçalara çox yaxındır. 2017-ci ildə uğur ardınca uğur qazanmaq yenə də öz əlinizdədir. Dolçalar üçün həyatın ən gözəl ili gəlir.

Balıqlar (19 fevral-20 mart) Müğənni Səidə Sultan

Bu il balıqlar üçün önəmli olacaq. Ömrünüzdə illərdir davam edən durğunluq sona çatacaq. İl ərzində hər bir şeyin öhdəsindən asanlıqla gələcəksiz. Müdrik balıqlar öz şanslarından istifadə etsələr, pul qazanmaqda heç bir çətinliklə üzləşməzlər.

Sonda sahib olduğu bürcdən asılı olmayaraq bütün oxucularımıza 2017-ci ildə möhkəm can sağlığı və işlərində bol-bol uğurlar arzulayırıq.

Bayramınız mübarək!

Təşəkkürlər:

Make up & Hairstyle: Nərmin İbrahimova (Aidem Wedding, ünvan S.Vurğun 220)
@stilistnarmin (+99450) 300-07-39 (+99455) 603-34-34

Fotoqraf: Oruc Abuzərov

Retoucher: Aga Gasanlı