31 dekabr Bakı Olimpiya Stadionunda "Ən Yeni İl" adlı möhtəşəm konsert proqramı baş tutub.

PrimeTime.Az xəbər verir ki, 18:00 da start götürən gecədə təşkilatçıların vəd etdiyi kimi azərbaycanlı məşhurlar əməkdar artist Röya Ayxan, Miri Yusif  Türkiyənin tanınmış simaları Demet Akalın, Hadise, Murat Dalkılıç, Aleyna Tilki, Berksan, Mahmut Orhan, Emrah Karaduman və Ozan Doğulu səhnə alıb.

Konsertin ən yadda qalan məqamları Azərbaycanın super starı Röya Ayxan və türkiyəli müğənni Hadisənin səhnədə nümayiş etdirdiyi şouları olub.

Onu da qeyd edək ki, Röya Ayxanın imici üzərində ölkənin əsas top-stilisti Anar Ağakişiyev çalışıb. Əməkdar artistin libası isə "Fisrt Fashion Lab"ın kreativ direktoru Səbinə Hüseynə məxsusdur.

Fotoqrafımız Rahib Hacıyevin möhtəşəm konsertdən ərsəyə gətirdiyi fotoları oxucularımız üçün yayımlayırıq: