Lider TV-nin simasına çevrilən aparıcı Çinarə Əliyeva tədbirlərin birində PrimeTime.Az-ın fotokamerasına tuş gəlib.

"Tezdən Oyan" verilişinin aparıcısı Çinarə, fotokamera önünə keçərək, iddialı pozalar verib. Aparıcı əməkdaşımızla söhbəti zamanı son vaxtlar əldə etdiyi uğurlardan ağızdolusu danışıb:

"Əslində mən 6 ildir ki, Lider TV-də "Art Club" verilişinə aparıcılıq etmişəm. Amma son 1 ildir ki, "Tezdən Oyan" proqramının aparıcısıyam. Bu verilişin komandası çox peşəkardır".

Çinarə, 2017-ci ildən çox uğurlar gözlədiyini bildirib və yeni verilişinin anonsunu edib: "Yeni İldən Lider TV-də maqazin verilişinin yayımlanması nəzərdə tutulub. Düşündüm ki, maqazin proqarmının öhdəsindən yalnız mən gələ bilərəm. İstər görünüş, istərsə də danışıq baxımından hər kəsə meydan oxuyaram. Hər zaman üzərimdə çalışaraq, digər həmkarlarımdan seçilmişəm. İnanıram ki, bu layihənin öhdəsindən də məharətlə gələcəm".