PrimeTime.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Oxuyan gitara" ansamblının yaradıcısı və bədii rəhbəri Anatoli Vasilyev 82 yaşında vəfat edib.

1970-ci illərdən populyarlaşmağa başlayan "Oxuyan gitara" vokal-instrumental qrupu ilk dəfə 1966-cı ildə Leninqradda yaradılıb.

Ansamblın ən yaddaqalan ifası "Dostluq", "Göy mahnı" və "Velosipedçilər haqqında mahnı" olub.

Sovet dövründə çox məşhur olan qrup ildə 350-400 anşlaq konsert verib.

Ansamblın solistləri arasında Yuri Antonov, Albert Asadullin və İrina Ponarovskaya olub.