ATV telekanalında "Ölene Kadar" serialı ilə ekranlara geri qayıdacaq məşhur türkiyəli aktrisa Fahriye Evcen, Yaxın Şərqdə bir kosmetika markasının siması seçilib. 

PrimeTime.Az türk mətbuatına istinadən xəbər verir ki, aktyor sevgilisi Burak Özçivit də Fahriyedən geri qalmayıb.

Belə ki, 2 milyon TL ( təxminən 1 milyon AZN) məbləğində müqavilə imzalayan aktrisanın sevgilisi Küveytdəki bir bankın reklam çarxlarında oynayaraq, 3 milyon TL qazanıb.