Xəzər TV-də yayımlanan ən baxımlı axşam şousu "5 də 5" 2017-ci ildən etibarən yeni vaxtda, yəni həftə içi hər gün saat 18:00-da başlayacaq.

PrimeTime.Az xəbər verir ki, 3 yanvar tarixində əməkdar mədəniyyət işçisi Zaur Kamalın aparıcısı olduğu verilişin qonaqları müğənnilər Səidə Sultan, Elçin Hüseynov, reper Qurd və xalq artisti Arif Quliyev olub.

Səidəni çəkiliş meydançasına dəvət edən Zaur, ona verilişinə gələndə açıq-saçıq geyinməməsini xahiş edib: "Bax, hər zaman belə abırlı geyin-keçin gəl. Telefonla danışanda bir saat yalvarmışam ki, ay Səidə nə olar açıq-saçıq geyinmə".

Müğənni isə cavabında, "Deyirəm yetimin əlində qoğal olanda çox ağır görünür. Nədənsə bu şou-biznesdə mən daha çox gözə gəlirəm. Açıq-saçıq geyinən o qədər insan var ki..."

Proqramın sonunda 66 yaşlı Arif Quliyev üzünü müğənni Elçin Hüseynova tutaraq, onu biganə olduğuna görə qınayıb: "Bəzən mən efirlərə nəzər yetirəndə müğənnilərin həmkarının ifasına reaksiya göstərmədiyinin şahidi oluram. Məsələn Elçin kimi...

Elə oturub ki, elə bil burada iştirak etmir. Biri-birinizə dəstək olmaq, kömək etmək lazımdır axı..."