PrimeTime.Az xəbər verir ki, müğənni Ruhəngiz Allahverdiyeva təşkil olunmuş məclislərdən birində öncə fotoqrafımız Rahib Hacıyevin obyektivi qarşısına keçərək fotolar çəkdirib daha sonra isə əməkdaşımıza maraqlı açıqlamalar edib.

Hər zaman formada qalan R.Allahverdiyeva heç bir pəhrizə əməl etmədiyini söyləyib:

"Xüsusi bir pəhrizə uyğun qidalanmıram. Ola bilər ki, hazırki görünüşümdə kiminsə nələrsə xoşuna gəlməsin. Amma müğənni hər zaman formada qalmalıdır. Çünki bu sahəni təmsil edənlər milyonarla insanın nəzərində olur. Ona görə də biz daima formada olmalıyıq. Ən əsası geyimlərimizdə əskiklik olmamalıdır".

Müğənni efirdə görünməməsinə belə aydınlıq gətirib:

"Hər hansısa telekanalda görünmək üçün verilişə dəvət etməlidirlər. Əgər hazırda efirlərdə görünmürəmsə, deməli çağırmırlar. Bizim üçün televiziya və radio reklamı çox vacibdir.

Əvvəlcə öz sənətçilərimizə dəyər verək sonra kənardan gələnlərə. Biz xarici ölkələrə gedən zaman onlar tərəfindən diqqət və hörmət görürük, amma öz sənətçiləri qədər deyil .

Düzdür, elə müğənnilər var ki, heç efirdə olmur, amma konsert zamanı zalı tam doldura bilirlər. Allah ömür versə ölkənin əsas səhnəsində mən də konsert proqramı ilə çıxış etmək istəyirəm".

Ruhəngiz Allahverdiyeva yeni mahnısı və işbirliyindən də danışıb:

"Faiq Sücəddinovla yeni mahnı üzərində işləyirəm. İnşallah tezliklə təqdim edəcəyik".

TimA

Fotolar: Rahib Hacıyev