Tanınmış azərbaycanlı teleaparıcı, "100.5 Burc FM"in direktoru Nəsib Nur növbəti dəfə ata olmağa hazırlaşır. 

Şəxsi həyatı barədə danışmağı sevməyən N.Nur bu barədə özəl olaraq PrimeTime.Az-a məlumat verib: "Bildiyiniz kimi mən şəxsi həyatımla gündəmə gəlməyi xoşlayan insanlardan deyiləm. Amma gizli saxladığım məlumatı əldə etmisinizsə, yalan söyləyə bilmərəm. Üçüncü dəfə ata olacağım doğrudur. Allah hər kəsin övladını qorusun. Ata olmaq ən gözəl hisslərdən biridir".

Aparıcı dünyaya gələcək övladının qız və ya oğlan olmasının onun üçün heç bir fərqi olmadığını bildirib: "Mənim üçün fərq etmir, təki sağlam dünyaya gəlsin. Qız övladı ilə oğlan arasında fərq qoymaq cahillikdir. Valideynlərin öz övladlarından birini "sevimli övlad" kimi seçməsi onların digər uşaqlarına ziyan vura bilər. Ona görə də mən bu ayrı-seçkiliyin tərəfdarı deyiləm".

Qeyd edək ki, Nəsib NurPərvanə cütlüyünün 2012-ci ildə qızı Nəsrin, 2015-ci ildə oğlu Nəsir dünyaya gəlib.

Gülnar Qafarlı