"Azəri star" mahnı yarışmasının qalibi, gənc müğənni Fidan Süleymanovanın həyatı təhlükədədir.

Yüksək vəzifədə çalışan qohumlarına güvənən bir şəxs tərəfindən təhdid edildiyini iddia edən müğənni PrimeTime.Az-a açıqlama verib: "Hazırda həyatım təhlükə altındadır. Məni ölümlə hədələyirlər. Artıq hüquq mühafizə orqanlarına müraciət etmişəm".

Məsələnin təfərrüatlarını gizli saxlayan F.Süleymanova yaxın bir neçə saat ərzində bunun səbəbini də açıqlayacağını bildirib.

Qeyd edək ki, müğənni üç ilə yaxındır səhnəyə vida edib.