Tanınmış estrada müğənnisi Günel Ələkbərovaya ağır itki üz verib.

PrimeTime.Az xəbər verir ki, onun ana nənəsi dünyasını dəyişib. Xeyli müddətdir şəkər xəstəliyindən əziyyət çəkən Gülbikə xanımın səhhəti ötən gün anidən pisləşib və o, Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Əldə etdiyimiz məlumata görə, müğənninin nənəsi Novxanıda yerləşən ailə qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!