Xəbər verdiyimiz kimi əməkdar artist Elza Seyidcahan paytaxt restoranların birində nəvəsi üçün adqoyma mərasimi təşkil edib.

Şou-biznes nümayəndələrini başına toplayan bəstəkar-müğənni PrimeTime.Az-ın fotokamerası önünə keçib. Hər zaman qeyri-adi geyimləri və aksessuarları ilə gündəm yaradan ifaçı bu dəfə sadəliyə üstünlük verib.

Əməkdaşımıza açıqlama verən Seyidcahan məclisə gələn qonaqlara təşəkkürünü bildirib: "Hər kəsə minnətdaram. Gəlib mənim xoşgünümə şərik oldular. Azərbaycan incəsənət xəzinəsinin nadir incilərindən olan canlı əfsanəmiz Flora Kərimova bizə şərəf verib, Səmərruxa xeyir-dua verdi. Bu, mənim üçün ən böyük hədiyyələrdən biridir. Allah hamını balasından sevindirsin. Mənim övladlarımı da onların içində".

Gülnar Qafarlı

Fotolar: Rahib Hacıyev