2002-ci ildən etibarən 200 kiloya yaxın artıq çəkidən xilas olan məşhur müğənni Sibel Can bu dəfə də pərəstişkarlarını təəccübləndirməyi bacarıb.

PrimeTime.Az türk mətbuatına istinadən xəbər verir ki, yeni imici ilə obyektiv qarşısına çıxan müğənni fanatlarına sürpriz edib.
Kilo aldığı dövrlərdə heyranları tərəfindən tənqid edilən Sibel Can yenə onu sevənlərin təkliflərini nəzərə alaraq arıqlayıb.

Bu il Sibel Canın yeni imici ilə səhnəyə çıxacağı öyrənilib.