PrimeTime.Az xəbər verir ki, tanınmış estrada müğənnisi Günay İbrahimli növbəti dəfə haker hücumuna məruz qalıb. 

Ötən il rəsmi YouTube kanalı oğurlanan müğənninin bu dəfə instagram hesabı ələ keçirilib.

Bu haqda PrimeTime.Az-a açıqlama verən müğənni hazırda hesabın geri qaytarılması üçün işlərin getdiyini bildirib: "Bir saat olar ki, instagram hesabım hakerlər tərəfindən sındırılıb. Hazırda komandam profilimi geri qaytarmaq üçün sosial şəbəkə adminstrasiyasına müraciət etməyə hazırlaşır. Bundan əlavə hüquqi yollara da əl atacağıq".

Xatırladaq ki, instagramın aktiv üzvü olan Günayı təxminən 740 min insan izləyirdi.

TimA