Azərbaycanlı müğənni Abdul Xalid şəxsi həyatı ilə gündəmə gəlməyi xoşlamayan tanınmışlardandır.

PrimeTime.Az xəbər verir ki, ifaçı bu ənənəsini pozaraq 5 yaşlı qızı Mədinə ilə Köhnə Yeni İl üçün kamera qarşısına keçib.

Abdul Xalid şahzədələri xatırladan geyimdə pozalar verən qızı haqda danışıb: "Qızımın 5 yaşı olmasına baxmayaraq, çox düşüncəli və ağıllıdır. Özündən böyüklərə hörmətlə yanaşır, cavab qaytarmır. İndidən gələcəkdə nə olacağı haqda fikirləşir. Bu da məni çox sevindirir. Allah bütün uşaqları qorusun və hər ailəyə xeyirli övlad nəsib etsin".

Fotolar: İsmayıl Rzayev Studio