Əməkdar artist Elza Seyidcahanın nəvəsi üçün təşkil etdiyi məclisə təşrif buyuranların sırasında həmkarı müğənni Könül Kərimova da olub.

PrimeTime.Az xəbər verir ki, məşhurlar E.Seyidcahanın nəvəsini pul və hədiyyə yağışına qərq edib.

Könül Kərimovanın hədiyyəsi xüsusilə seçilib. Belə ki, müğənni Elzanın nəvəsinin ovucuna dollar qoyub. Elza həmkarına təşəkkürünü bildirərək, bu sözləri yazıb: "Nəvəmə ilk dolları ruzili K.Kərimova hədiyyə etdi. Halal zəhmətlə qazanılan puldur. İnşallah nəvəm də ruzili olar".