Britaniyanın qlamur modeli hesab edilən Bianka Gaskoiqne qüsursuz vücuda qovuşmağın faydasını tezliklə görüb.

PrimeTime.Az xarici mətbuata istinadən xəbər verir ki, əfsanə futbolçu Paul Gaskoiqnenin qızı olan Bianka alt paltarları brendinin siması seçilib. 30 yaşlı model bir-birindən seksual alt paltaları ilə kamera qarşısına keçərək poza verib.

Qeyd edək ki, qısa müddət öncə görüntüsü ilə bağlı komplekslərini dilə gətirən Bianka "Heç vaxt özümü tam olaraq bəyənməyəcəm. Amma hazırda ən yaxşı vücuda sahibəm" deyə bildirmişdi.