PrimeTime.Az xəbər verir ki, görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının "Almaz" əsəri əsasında hazırlanan tamaşanın premyerası yanvarın 21 və 22-də Akademik Milli Dram Teatrında olacaq.

 Tamaşanın quruluşçu rejissoru Teatrın direktoru, əməkdar incəsənət xadimi Azərpaşa Nemətdir.

Baş rolu əməkdar artist Məsmə Aslanqızı ifa edəcək.

Rollarda:  xalq artistləri Firəngiz Mütəllimova, Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Rafiq Əzimov, əməkdar artistlər Kazım Abdullayev, Ayşad Məmmədov, Sabir Məmmədov, Elşən Cəbrayılov, Aslan Şirin və başqaları çıxış edəcək.

Xatırladaq ki, görkəmli dramaturq Cəfər Cabbarlının "Almaz" əsərinə uzun illərdən sonra yenidən Akademik Milli Dram Teatrının səhnəsində quruluş verilib.

Ülviyyə Həsənqızı