Ötən gün Xəzər TV-də yayımlanan axşam şousu "5 də 5" yenə maraqlı anlarla evlərin qonağı olub.

PrimeTime.Az xəbər verir ki, əməkdar mədəniyyət işçisi Zaur Kamalın aparıcısı olduğu verilişin qonaqları əməkdar artist Elnarə Abdullayeva, müğənnilər Manaf Ağayev, Vüqar Muradov və Yaşar Yusub olub.

Canlı ifalar, səmimi açıqlamalar ilə yadda qalan proqramda E.Abdullayeva 2016-ci ilin onun üçün düşərli olmasından söz açıb: "Artıq bir neçə ildir ki, hər işimdə uğur qazanıram. Deyərdim ki, illər mənə düşərli olub. Bir insanın imanı olandan sonra bütün illər onun üçün xeyirlidir. İnşallah hər şey yaxşı olacaq".

Əməkdar artist əsəbi olduğu zaman evdə qab-qaşıq, hətta telefon da sındırdığını etiraf edib. E.Abdullayeva acından ölsə belə heç kimə ağız açmadığını bildirib: "Hər kəs məni yaxşı tanıyır. Evdə acından ölsəm, heç kimə demərəm. Toya çağırmasalar kəndə gedib toyuq-cücə, qoyun saxlayacam".