Azərbaycanın iş xanımları sırasında özünə layiqli yer tutan, "Dəb ikonası" adı ilə tanınan Ruhi Əliyeva qısa zamanda instagram sosial şəbəkəsinin aktiv istifadəçilərindən birinə çevrilib. İldırım sürəti ilə izləyici toplayan xanım, bütün paylaşımlarında xoş sözlər və gözəl şəkilləri ilə oxucularının könlünü oxşamağı bacarıb.

Onun paylaşımlarına müsbət rəy yazan istifadəçilər daha çoxdur. Hər şəklinin şərh yerində ona məhəbbət dolu sözlər ithaf edən, sevgi etirafları yazan, gözəlliyindən söz açan kifayət qədər izləyici var. Nadir halda olar ki, hər hansı bir istifadəçi R.Əliyevaya mənfi sözlər ünvanlasın.

Bəs uzun illərdir sosial şəbəkədın uzaq gəzən iş xanımı özü nələr yazır? Bu paylaşımların bəzilərinə PrimeTime.Az vasitəsi ilə nəzər salın:


Salam əzizlərim. Şəklin boz olmasına baxmayın, əhvalım ən əlvan rəngdədir. Sizdə də elə olsun... Çalışın hər zaman güclü olun. Heç kim sizin zəifliyinizi, kədərinizi, dərdinizi görməsin. Gülün! Gülün ki, sizə də cavabında gülsünlər. Ətrafınız sizdən yalnız müsbət enerji alsın. Hər birinizə bol şans... Rəbbim sizi qorusun.

 

Salam mənim əzizlərim. Kefiniz-əhvalınız? Necə keçir bazarınız? İnşallah ki, hər şey könlünüzcədir. Allah sizi mərdimazarlardan. Qəlbi qara, pis əməlli adamlardan uzaq etsin. Hər zaman həyatınıza günəş saçsın

 

Görüm sizin sabahlarınız hər zaman xeyirə açılsın Yuxuda nə gördünüz? Ən gözəl röyalarınız çin olsun, başınıza gəlsin. Sizi çox istəyirəm. Bütün gözəl sözlərinizə görə təşəkkür edirəm.

 

Sizə yaxın olmaq çox xoşdur. Yaxşı ki varsınız, əzizlərim.

 

Ən gözəl yuxularınız cin olsun. Sabah inşallah, yuxudan oyanarkən çox gözəl xəbərlər eşidəsiniz.

 

Sabahınız xeyir əzizlərim. Çöldə günəş çıxıb. İnşallah, həyatınıza da günəş doğsun. Allah hər zaman üzünüzü güldürsün, əzizlərinizi qorusun.

Axşamınız xeyir əzizlərim. Şərhlərinizi oxuyuram. Demək istəyirəm ki, Azərbaycanın elə bir bölgəsi yoxdur ki, ordan mənim heç olmasa bir layiqli dostum olmasın. Hər bölgədən mənim çox yaxşı dostlarım var. Mənim üçün vətənimin hər bir tərəfindən olan insanlar doğmadır, əzizdir. Heç bir ölkənin nümayəndələri xalqımız qədər gözəl, mehriban və dürüst ola bilməz. Azərbaycanın bəyləri bir, xanımları başqa bir aləmdir. Hamınızı çox istəyirəm. Çox sağ olun 

 

Bir insan ağrı hiss edə bilirsə, o canlıdır.
Başqasının ağrısını hiss edə bilirsə, İnsandır... (Lev. T)
Çalışaq ən birinci növbədə insan olaq