Həftəiçi hər gün Xəzər TV-də yayımlanan gecə şousu "Nəsib Olsa" ötən gün maraqlı buraxılışı ilə ekranlara gəlib.

PrimeTime.Az xəbər verir ki, Nəsib Nurun aparıcısı olduğu verilişin qonaqları müğənnilər Azad ŞabanovRauf Əhmədov olub.

Ötən gün 26 yaşı tamam olan Azad doğum gününü canlı yayımda qeyd edib. Proqramın sonunda çəkiliş meydançasına tort gətirilib.

Yaxın vaxtlarda subaylığın daşını atmaq istəyən Azad evlənəcəyi xanımın onun sənətinə hörmət etməsini istəyir: "Təbii ki, mən də evlənib, ailə-uşaq başçısı olmaq arzusundayam. Amma bizim sənət elədir ki, gərək evlənəcəyin xanım işini qəbul etsin".