Yeni il komediyası olan "Evdə tək" filmi 1990-cı ildə ekranlara gəlib. Yayımlandığı ilk gündən bütün dünyada populyarlaşan ekran işi müxtəlif yaş təbəqələrini tərəfindən hələ də maraqla izlənməkdədir.

PrimeTime.Az xarici mətbuata istinadən filmdə rol alan aktyorların 27 il sonrakı görüntülərini yayımlayır:

Makoley Kalkin

Yeniyetməlik dövründə alkaqol, narkotik kimi zərərli vərdişlərə alüdə olan aktyor ailədaxili problemlər ucbatından kariyerasına fasilə verib. Onun hazırda 36 yaşı var.

Kiran Kalkin

İlk dəfə 2 yaşında filmə çəkilən aktyorun hazırda 34 yaşı var. Kiran "İqbi batır" fiminə görə "Qızıl qlobus" mükafatına namizəd olub.

Ketrin O'Hara

Kanada əsilli aktrisa 62 yaşı olmasına baxmayaraq hələ də filmlərə çəkilməyə davam edir.

Con Herd

Aktyorun hesabında 100-dən çox film var. 71 yaşında olsa belə televiziya layihələrində aktiv iştirak edir.

Co Peşi

"Evdə tək" filmindən öncə də məşhur olan aktyor çəkildiyi ekran işinə görə "Oscar" mükafatına layiq görülüb. 73 yaşlı aktyor nadir hallarda filmlərdə rol alır.

Daniel Stern

Həm aktyor həm də rejissor kimi özünü sınamağa müvəffəq olub. Lakin kariyerasının pik nöqtəsi məhz "Evdə tək" filmi ilə bağlıdır.

Devin Retrey

Uşaq yaşında film kariyerasına başlayan Devin 10-dan çox filmdə rol alıb. Hazırda o, şəxsi musiqi qrupunda ifa edir.

Cerri Bemmen

Filmin əsas qəhrəmanı Kevinin qəddar dayısı kimi hər kəsin yaddaşında qalıb. 75 yaşlı aktyor 40-dan çox filmdə rol alıb.

Brenda Friker

"Mənim sol ayağım" filminə görə 1990-cı ildə "Oscar"a layiq görülüb. Hazırda seriallarda çəkilməyə daha çox üstünlük verir.

Tim Karri

Görüntüsü və özünəməxsus səs tembri ilə bir çox rejissorların birlikdə çalışmaq arzusunda olduğu aktyordur.
70 yaşı olsa da cizgi filmlərinin səsləndirilməsində aktiv iştirak edir.

Rob Şnayder

53 yaşlı aktyor komediya filmlərində çəkilməyə davam edir. Ona uğur gətirən ekran işi isə "Jiqalo" filmi olub.

Donad Tramp

Filmin çəkilişindən sonra müflis olmuş milyarder Amerika prezidenliyinə qədər kariyerasını yüksəltməyə nail olub.