"Yaradıcılığımda hələlik yenilik yoxdur. Bədii film çəkilmir, seriallarda isə rol almaq istəmirəm"

Bu fikirləri PrimeTime.Az-a Yuğ Dövlət Teatrının aktrisası, əməkdar artist Sonaxanım Mikayılova deyib:

"Yuğ Teatrında rol aldığım tamaşaları müntəzəm nümayiş etdiririk. Maraqlı obrazlarım var. Amma yeni tamaşalar üçün Mikayılın qayıtmasını gözləyirəm. Mikayıl Bakıya gələndə təzə əsərə quruluş verəcək."

Qeyd edək ki, gənc və istedadlı rejissor Mikayıl Mikayılov Sonaxanım Mikayılovanın oğludur. Hazırda Rusiyada çalışan Mikayıl Mikayılov vaxtaşırı Bakıya gəlir və Yuğ Teatrının səhnəsində yeni tamaşalara quruluş verir.

Mikayıl Mikayılovun Akademik Milli Dram Teatrının səhnəsində quruluş verdiyi son tamaşa N.Qoqolun "Müfəttiş" komediyası olub.

Ülviyyə Həsənqızı