Məşhur türkiyəli müğənni Kibariye illər sonra İbrahim Tatlıseslə yaşadığı maraqlı hadisəni etiraf edib.  

Primetime.Az türk mətbuatına istinadən xəbər verir ki, FOX TV-də yayımlanan "En İyi Ben Söylerim" proqramının münsif üzvü olan Kibariyeyə iştirakçıların İbrahim Tatlısesin "Acı Gerçekler" mahnısını səsləndirməsi təsir edib.

Müğənni Tatlıseslə yaşadığı bir xatirəsini danışıb: "Tatlıses bir gün evimə gəldi. Corablarını yumağı xahiş etdi. O vaxt mən yeni-yeni məşhurlaşmağa başlamışdım. Paltaryuyan maşınım yox idi. Çəhrayı bir ləyənim var idi. Halal xoşu olsun".