PrimeTime.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, xalq artisti, "Satirikon" Teatrının bədii rəhbəri Konstantin Raykin xəstəxanaya yerləşdirilib.

Rusiyanın xalq artisti ayağından aldığı zədəyə görə əməliyyat olunub.

Belə ki, Konstantin Raykin ciddi əzələ travması ilə xəstəxanaya aparılıb və həkimlərin son qərarı ilə yenidən əməliyyat edilib.

Ötən ilin sonunda ayağından ilk dəfə əməliyyat olunan xalq artisti, məşq zamanı səhnədə zədələnib və növbəti əməliyyata zərurət yaranıb.

Qeyd edək ki, Konstantin Raykin Leninqrad Miniatür Teatrının rəhbəri, mərhum teatr xadimi Arkadi Raykinin oğludur.

Konstantin Raykin 1988-ci ildə rəhbəri olduğu "Satirikon" Teatrını yaradıb.

Ülviyyə Həsənqızı