PrimeTime.Az xəbər verir ki, Dövlət Gənc Tamaşaçılar Teatrında yeni ilin ilk tamaşasının məşqlərinə başlanıb.

"Müraciət etdiyimiz bu əsər ata-baba yurdundan ilk olaraq didərgin düşmüş soydaşlarımızın faciəli və nisgilli həyat həqiqətlərindən bəhs edir. Peşəkar dramaturq Əli Əmirlinin qələminə məxsus bu tamaşa inanıram ki, müəllifin digər əsərləri kimi repertuarımızda özünə möhkəm yer tutacaq".

Bu fikirləri yaradıcı heyətə xeyir-dua verən teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov deyib.

Tamaşa əməkdar incəsənət xadimi, istedadlı dramaturq Əli Əmirlinin «Ünvansız qatar» pyesi əsasında hazırlanacaq.

Yeni tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssam Sona Qarayeva, rejissorlar Gülnar Hacıyeva, Qasım İbrahimov, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistentləri Tacəddin İmanov və Sona Mustafayevadır.

Tamaşada xalq artisti Tariyel Qasımov, əməkdar artistlər Lətifə Əliyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva, Vahid Əliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Çarhanlı, Türkan Şahmarlı, Zülfiyyə Alhüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Nuriyyə Əliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Manaf Dadaşov, İlham Əsədov, Xalidə Əliməmmədova, Mehriban Hüseynova, Yasəmən Məmmədova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Dilarə Fərəcullayeva iştirak edəcək.

Qeyd edək ki, yeni tamaşa 31 mart azərbaycanlıların soyqırımı günündə nümayiş etdiriləcək.