Amerikan aktrisa Sienna Miller yeni filmi "Live By Night"ın Los-Ancelesdə reallaşan qalasında iştirak edib.

PrimeTime.Az xarici mətbuata istinadən xəbər verir ki, filmdə İrlandiyalı Emma Gould obrazına həyat verən Siena Miller ekran işinin həm rejissoru, həm də baş rol oyunçusu olan Ben Affleck ilə qırmızı xalçada poza verib.

35 yaşlı aktrisa filmdə Affleck ilə məhəbbət səhnələri haqqında danışıb: "Sevişmə səhnələrini avtomobildə, barda, hər yerdə çəkdik. Öz-özümə "Bir gün eşq səhnəsi çəkmiş kimiyəm" dedim. Səhnələri 9 saat ərzində çəkdik. Afleklə mən bacı-qardaş kimiyəm. Sevişmə səhnələrini çəkərkən xeyli güldük".