ATV telekanalında yayımlanan "3-cü göz" verilişi bu dəfə "ulduz falına inanaq ya yox" sualına cavab axtarıb.

PrimeTime.Az xəbər verir ki, müğənni Mətanət Əsədova bürclərə yox, Allaha inandığını deyib. Hacı Şahin bürclərin sadəcə göy üzünü bəzəmək məqsədi ilə yaradıldığınını vurğulayıb.Astrologiya bilicisi Şahin bəy isə tam əksinə biz istəsək də, istəməsək də bürclərin xarakterimizə hətta taleyimizə təsir etdiyini açıqlayıb.

Şamaxı rəsədxanasından təşrif buyurmuş Astroloq qonağımız isə ulduzlara inanmadığını bəyan edib.

Bu gün saat 23:00-da "3-cü göz"ü izləməyi unutmayın.