Bu gün 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümüdür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Faciə zamanı 137 insan öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib.

Hər il olduğu kimi, bu gün Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib. Ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilib.

Azərbaycan xalqı qəhrəman övladlarını anmaq üçün Şəhidlər Xiyabanına üz tutub.

Onlar Şəhidlərin məzarına qərənfillər düzüb.

PrimeTime.Az Şəhidlər Xiyabanından fotoreportajı təqdim edir: