Ötən gün Park İnn otelinin "Dan Ulduzu" zalında PrimeTime.Az saytının 1 yaşı təmtəraqlı şəkildə qeyd olunub.

Bir ildir fəaliyyət göstərməsinə baxmayaraq çoxlu nailiyyətlər əldə edən saytımızın doğum gününə şou-biznesin məşhur simaları təşrif buyurub.

Onların sırasında xalq artistləri Faiq AğayevZülfiyyə Xanbabayeva, əməkdar artistlər Tünzalə Ağayeva, Röya Ayxan, Abbas Bağırov, Lalə Məmmədova, Dilarə Əliyeva, Vəfa Zeynalova, əməkdar incəsənət xadimləri Nailə Mirməmmədli, Aygün Səmədzadə, müğənnillər Zamiq Hüseynov, Sevda Yahyayeva, Gülay Zeynallı, Emil Bədəlov, Nazim Məmmədov, Samira Əfəndi, Emiliya Yaqubova, Səmra Rəhimli, Səidə Sultan, Eldar Qasımov və digərləri, o cümlədən aparıcılar Nəsib Nur, Afaq Gəncəli, Vüsalə Kərimova, rəqqasələr Fatimə Fətəliyeva, Renka Ağamurodova, prodüserlər və KİV nümayəndələri olub.

Tural ƏsədovZümrüd Bədəlovanın aparıcısı olduğu gecədə şou-biznes nümayaəndələri maraqlı nominasiyalarla təltif edilib.

İlk nominasiya xalq artisti Faiq Ağayevə təqdim olunub. "İlin kübar müğənnisi" tituluna layiq görülən vətənpərvər müğənni ötən gün nəşi Ermənistandan Azərbaycana qaytarılan şəhidimizin ruhunu bir dəqiqəlik sükutla yad edib.

Maraqlı adlarla təltif olunan olunan hər kəs 1 ildir fəaliyyət göstərməsinə baxmayaraq çoxlu uğur əldə edən PrimeTime.Az-ın ünvanına xoş sözlərini ünvanlayıb.

Qeyd edək ki, PrimeTime.Az Azərbaycan dilində mədəniyyət və maqazin xəbərlərini yayımlayan Portaldır. Saytımız 2015-ci ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçsə də geniş oxucu kütləsi fəaliyyətimizi 2 fevral 2016-cı il tarixindən izləməkdədir.

PrimeTime.Az qısa müddət ərzində ölkənin populyar saytlarından birinə çevrilib. Portal ölkədə və dünyada baş verən operativ maqazin və mədəniyyət xəbərləri ilə yanaşı, oxucularına maraqlı müsahibələr, fərqli layihələr, materiallar təqdim edir.

Saytımız bir il ərzində 5-ə yaxın mükafata layiq görülüb.

Fotoqraflar İlqar Məhərrəmov  və Tarıyel Hüseynovun tədbirdən ərsəyə gətirdiyi geniş fotosessiyanı oxucularımız üçün yayımlayırıq: 

Gülnar Qafarlı 

Xüsusi təşəkkürlər:

Park İnn

Xəzər Media Center

Edelveiss

Ləzzət Group

Strafor Kesim

Gəncə Şərab