Britaniya seriallarının maraqlı və həyəcanlı olduğunu kəşf etməyən çox az adam qalıb. Fərqli sujet xətlərinin olmasına baxmayaraq, bütün Britaniya seriallarını qəribə şəkildə bir-biriylə əlaqələndirən bir bağ mövcuddur.

Bu gün PrimeTime.az sizə hamınının tanıdığı deyil, məhz az adamın baxdığı maraqlı serialları təqdim edir. Fərqli mövzulara toxunan bu seriallar sizə tam fərqli hisslər yaşadacaq.

The Paradise (Cənnət)

 

 

The Paradise adlı serial fransız yazıçısı Emile Zolanın məşhur əsəri əsasında ekranlaşdırılıb. Sizi 1890-cı illərin İngiltərəsinə aparacaq bu ekran əsərində, biznes və sevgi əlaqələrinin qarşıdurması, azadlığa can atan qadının üzləşdiyi çətinliklər kimi maraqlı mövzular gözləyir.

Hotel Babylon (Babylon oteli)

Sizin hər istəyinizin həyata keçirildiyi xəyallar dünyasında özünüzü hiss etmək istəyirsinizsə, Vavilon mehmanxanasının qonağı olmağa hazır olun. Beşulduzlu otelin cazibəsi sizdən də kənar keçməyəcək. Burada hər şey var - sevgi, ayrılıq, faciə və təkrarsız yumor.

 

The Hollow Crown (İçi Boş tac)

İçi Boş tac - bu üç fərqli insanın hekayələridir və hər biri baş qəhrəmanların qayğı və mübarizələriylə yanaşı, dahi Şekspirin təkrarsız poetik dili ilə zənginləşdirilib. Bəli, bəli, məhz Uilyam Şekspirin pyesləri əsasında bütün ssenari qurulub. Elə təkcə bu bəsdir ki, indicə bu seriala baxmaq üçün əsaslı səbəbiniz olsun.

 

Mr.Selfridge (Cənab Selfric)

20-ci əsrin əvvəllərində İngiltərəyə gələn amerikalı biznesmen cəsur bir addım atmağa qərar verir - kiçik iqtisadi inqilab başlayır. Serialda olan ümumi atmosferin də insanı saldığı sehri nəzərə aldıqda, baş qəhrəmanın bütün hərəkətləri sizi həyəcanlandırır və cəsarətləndirir.

 

How Not to Live Your Life (Bu yaşamaq deyil)

Bu diqqətçəkən absurd serial əsl ingilis yumorunun nə olduğunu bilənlərə ən yaxşı formada xatırladır, bilməyənlərə isə bunun nə olduğunu öyrədir. Bu məhz həmin situasiyadır ki, siz hər şeyi olduğu kimi qəbul etməlisiniz - tənqidsiz və sadəcə baxmaqdan həzz almalısınız.

 

Jonathan Strange & Mr Norrell (Conatan Strenc və Cənab Norel)

19-cu əsrdə alternativ İngiltərə - sizə də maraqlı gəldi? Edgar Po romanlarını sevənlərin xüsusilə bəyənəcəyi bu ekran əsərində, xeyir və şərin mübarizəsinin klassik formasını görəcək, öz tərəfinizi seçərək, prinsiplərinizi müəyyənləşdirəcəksiniz.