PrimeTime.Az xəbər verir ki, ötən gün stilist Nigar İbrahimovanın qızı Selcanın doğum günü məclisi baş tutub.

Ad gününə qatılan tanınmışlar sırasında iş xanımı Ruhi Əliyeva da olub. Ötən il "Uşaq gülüşlərini yaşadaq" adlı ictimai-sosial layihəyə imza atan R.Əliyeva bu il üçün olan planlarından danışıb:

"Mart ayının 8-i doğum günümü qadın kalonunda qeyd edəcəyəm. Bu tarix qadınlar üçün özəl gün olduğuna görə hər kəs onları yada salır, hədiyyələr alır. Lakin həbsdə olanlara qarşı diqqət azdır. Elələri var ki, ailələri onlardan inciyib, ziyarət etmir. Aralarında günahı olan və olmayanlar var. Qadınlarla bağlı hər nə olursa olsun mənə toxunur. Bu işlərlə prodüser Tarix Əliyev məşğul olur. Qadınlarla bağlı layihələrim davamlı olacaq. Jurnalist Türkan Məmmədli ilə daha bir böyük proyekt üzərində çalışırıq".