Uzun müddətdir ki, qan xərçəngindən əziyyət çəkən tanınmış rejissor Şahin Zəkizadə təxminən yarım saatdır vəfat edib.

Bu barədə Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi PrimeTime.Az-a məlumat verib: "Artıq yarım saatdır ki, Şahin Zəkizadə dünyasını dəyişib. İmkan vermirsiniz camaat işlərini görsün. Saytlar yalan xəbər yayandan 30 dəqiqə sonra vəfat edib".

Qeyd edək ki, qan xərçəngindən əziyyət çəkən rejissor 6 ay idi ki, Tibb Universitetinin Tədris Terapevtik klinikasında müalicə olunurdu.

Bir neçə gündür vəziyyəti daha da ağırlaşan Şahin Zəkizadə süni nəfəs aparatına qoşulmuşdu.

Xatırladaq ki, Şahin Zəkizadənin gün ərzində bir neçə dəfə ölümü haqda ziddiyətli xəbərlər yayılmışdı. Bəzi mənbələr rejissorun vəfat etdiyini yazsa da, digərləri xəbəri təkzib edib.

Allah rəhmət eləsin!