Rejissor Şahin Zəkizadənin vəfatına üzülənlərdən biri də xalq artisti Faiq Ağayev olub.

PrimeTime.Az xəbər verir ki, sənətçi üzüntüsünü bu sözlərlə dilə gətirib:

"Rejissor kimi mənim üçün cəmi 2 klip ("Sən Elə Bilirdin", "Biləydin kaş") çəkməyinə və 1 klipimdə ("Neyləyim") aktyor kimi çalışmasına baxmayaraq, çox keyfiyyətli və uğurlu işbirliyimiz var idi. Bircə 3D animasiyalı "Biləydin kaş" klipini desəm, yetər. 13 ildir ki, nə təkrarlanıb, nə də ki üstələnib. İlk və yeganə milli multfilm. Allah sənə rəhmət eləsin, Şahin! Çox gəncikən getdin bu işıqlı dünyadan".