Qan xərçəngindən vəfat edən tanınmış rejissor Şahin Zəkizadə bu dəqiqələrdə son mənzilə yola salınacaq.

PrimeTime.Az xəbər verir ki, rejissorun ailə üzvləri, qohumları və sənət dostları mərhumu son mənzilə yola salmaq üçün Yeni Yasamaldakı evinə toplaşıb. Zəkizadə Maştağada yerləşən "Seyidlər" qəbirstanlığında dəfn olunacaq.

Qeyd edək ki, Şahin Zəkizadə 6 aydır ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı.