Ötən gün vəfat edən rejissor Şahin Zəkizadənin vida mərasimi baş tutub.

PrimeTime.Az xəbər verir ki, mərhum rejissorun həyat yoldaşı Səbinə Zəkizadə əsəb sarsıntısı keçirib. Hisslərinə hakim ola bilməyən S.Zəkizadə həyat yoldaşının xəstəliyini şou adlandıranların ünvanına bu sözləri deyib:

"Şahinin xəstəliyini şou adlandıranlar oldu. Ciddiliyinə inanmayanlar var idi. O adamlar indi sevinə bilər. Mənim çəkdiyimi onlar da çəksin. Bu bəla onların da başına gəlsin".