Həftəiçi 5 gün Xəzər TV-də yayımlanan gecə şousu "Nəsib Olsa" ötən gün də maraqlı anlarla yadda qalıb.

PrimeTime.Az xəbər verir ki, Nəsib Nurun aparıcısı olduğu verilişin qonaqları müğənni Könül Kərimova və bəstəkar Cabbar Musayev olub.

Könül Kərimova verilişdə uzun illər Cabbar Musayevlə işləmək arzusunda olduğunu etiraf edib: "Bir müğənni kimi özümü çox şanslı hesab edirəm ki, C.Musayev yaradıcılığına bu qədər yaxınam. Müğənnini sevdirən onun musiqiləridir. Cabbarın da mahnıları başqa aləmdir".

Müğənni geyimlərinin stilistinin özü olduğunu və bəzən makiyajını da etdiyini bildirib.